Moskva ətrafında baş verən yanğında ölənlərin sayı səkkizə çatıb
Moskva ətrafındakı Nesterovo kəndində köməkçi tikililərdə yanğın zamanı ölənlərin sayı 8-ə çatıb.
AZƏRTAC xəbər verir ki, tikililərdə istixanalarda işləyən miqrant fəhlələr yaşayıblar. Onların arasında Rusiyada işləmək hüququ olmayan Vyetnam vətəndaşlarının olduğu bildirilir