Ancelotti və Arteta tribunada
Dünən İngiltərə Premyer Liqası çərçivəsində növbəti turun oyunları keçirildi. Bu oyunlardan əsas diqqət çəkəni isə əvvəlcə Goodison Park`da Chelsea`yə qalib gəlib, Old Trafford`da Manchester United`dən 1 xal almağı bacaran Duncan Ferguson`un Everton`u ilə West Ham`ə səfərdə qalib gəlsə də uğursuz təsir bağışlayan Ljunberg`in Arsenal`ının qarşıdurması idi. İki komanda da oyundan gözləntiləri doğrultdu. Olduqca kasad və göz oxşamayan oyun ilə hər iki məşqçi komandaları ilə son oyununda 1 xala razılaşdı.
Əsas məqam isə qarşıdakı turdan etibarən komandalarının başına keçəcək olan Everton`un Ancelotti`si və Arsenal`ın Mikel Arteta`sı idi. Onlar matçı tribunadan izlədilər. Hər iki mütəxəssisin sifət ifadələrindən bu iki komandada ediləcək çox iş olduğunun fərqində olduqları bəlli oldu.