Ricardo Quaresma`dan Beşiktaş etirafı
Kasımpaşa`da çıxış edən Ricardo Quaresma, keçmiş komandası Beşiktaş`a rəqib olduğu matçın ardından bəzi açıqlamalar verib.
“Beşiktaş mənim üçün xüsusidir”
36 yaşlı ulduz futbolçu Beşiktaş`a məğlub olduqları matçın ardından, “Mənim üçün xüsusi bir matç idi. Beşiktaş mənim üçün xüsusi komandadır, amma Kasımpaşa forması ilə qələbə üçün əlimdən gələni etdim. Məğlub olmağa layiq deyildik. Fürsətlər oldu, amma dəyərləndirə bilmədik. Böyük komandalara qarşı belə fürsətləri qaçırsaz, nəticəsi belə olar.” – dedi.
Beşiktaş sualına cavabı
“Gələcəkdə yenidən Beşiktaş azərkeşləri ilə görüşəcəksiniz?” sualına Ricardo Quaresma, “Gələcəklə bağlı bir şey söyləmək mümkün deyil. Beşiktaş azərkeşləri ilə görüşəcəyimi və ya görüşməyəcəyimi bilmirəm. Hazırda yalnız klubuma xidmət etməyə çalışıram.” – deyə cavab verdi.