Fenerbahçe`də ulduzu parıldamağa başlayır
Fenerbahçe`də hamının maraqla oynamasını gözlədiyi Ferdi Kadıoğlu hər dəfə oynamaq şansı yarandıqda fərqlənməyi bacarır. Ard-arda oynadığı İstanbulspor və Gençlerbirliği matçlarında qol vurmağı bacaran gənc oyunçu gələcək üçün ümid verir.
Mövsüm əvvəlində keçirilən AUDİ kupasında da Real Madrid`ə qarşı start heyətdə meydana çıxan Ferdi, matç boyunca heç çəkinmədən oynamağı bacarmışdı. Liqanın ilk matçında isə Gazişehir`ə qarşı sonradan oyuna girən gənc oyunçu, 13 dəqiqə ərzində fərqlənə bilmişdi. Bir həftə sonra Başakşehir`ə qarşı keçirilən qarşılaşmada isə Dirar`a verdiyi məhsuldar ötürmə ilə Fenerbahçe 3 xalın sahibi olmuşdu.
Qeyd edək ki, 20 yaşlı futbolçu U21 liqasında 10 nömrə, sol cınah və sağ cınah hücumçusu mövqelərinin hamısında oynaya bilir.