Juventus da Haaland üçün hərəkətə keçdi
ONBİR Footbalİtalia nəşrinə istinadən xəbər verir ki, Juventus artıq Haaland üçün ilkin təklifini edib. Bu təklifə əsasən Haaland ilinə 3 milyon avro qazanmış olacaq.
19 yaşlı hücumçu bu sezon keçirdiyi 21 oyunda 28 dəfə fərqlənərək çox möhtəşəm oyun sərgiləyir. O, bu qolların səkkizini Çempionlar Liqasında vurub.
Onun transfer qiyməti 80 milyon avro civarında dəyərləndirilsə də, son zamanlar məlum olub ki, onun Salzburg ilə olan müqaviləsində sərbəstqalma dəyəri 30 milyon avro göstərilib.
Məhz bu şərti əsas götürən top klublar, artıq yanvarda onu öz düşərgəsinə cəlb edə bilər.
Xatırladaq ki, Juventus`la yanaşı Manchester United, Borussia Dortmund və Bayern Munich də Haaland`ın xidmətlərində yaxından maraqlıdırlar.