de Bruyne: Guardiola hamımızı oğlu olaraq görür, o, əsl ata kimidir.
Manchester City`nin aparıcı oyunçularından biri olan Kevin de Bruyne xüsusi reportaj verib. 28 yaşlı belçikalı futbolçu hazırda komandadakı vəziyyət barədə açıqlamalar verib:
”Artıq yaşlanmışam. Böyüməyi və insanları idarə etməyi öyrəndim. Mənim kimi içinə qapanıq insanlar üçün aparıcı oyunçu olmaq asan bir şey deyil. Həmişə insanların mənim haqda neqativ şeylər danışdığını düşünürdüm, amma vaxt keçdikcə belə olmadığını öyrəndim. Artıq daha sosial bir insanam.
Bəzən komandanın lideri olaraq komanda yoldaşlarıma topu nece ötürəcəyimdən əlavə, onların hansi tərəfə hərəkət edəcəklərini belə düşünmək məcburiyyətində qalıram. Gələcəyim haqqında bir az düşünməliyəm və düzünü demək lazımdırsa, futboldan sonra da həyat var.
Ata anlayışı Pep Guardiola`nı əks etdirən bir şeydir. O hamımızı oğlu olaraq görür. Ata olmaq çətindir. Mən də cavan olduqda hərşeyi özüm üçün edirdim. Daha sonra sevgilim oldu, onu düşündüm. Sonra isə övladım oldu və hazırda hər şeyi onun üçün edirəm.
Sözün düzü ayaqlarımla nə qədər yaxşıyamsa, əllərimlə bir o qədər çox pisəm. Ata olduqdan sonra bunun fərqinə vardım, çünki adi bir heyvan şəkli belə çəkə bilmirəm (gülür).”