Icardi PSG-də xoşbəxtdir
PSG-də icarə əsasında çıxış edən Inter`in eks-hücumçusu Mauro Icardi, Fransa çempionatının 11-ci turu çərçivəsində keçirilən Marseille`lə oyundan sonra öz fikirlərini jurnalistlərlə bölüşüb.
Parisdə keçirilən oyunda ev sahibləri Marseille`i 4-0 hesabı ilə darmadağın edib. Icardi görüşdə dubl ilə yadda qalıb.
ONBIR onun Canal+ televiziya kanalına verdiyi müsahibəni sizlərə təqdim edir:
“Vurduğum qollardan və qələbədən razıyam.
Mən böyük çempionlarla bir komandada oynamışam, amma PSG mənim indiyə kimi oynadığım komandalar arasında ən yaxşısıdır. Mən burada özümü çox yaxşı hiss edirəm və qollar vururam”
Xatırladaq ki, PSG-yə keçidindən sonra Icardi parislilərin heyətində 7 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.