İlkay Gündoğan: Almaniya üçün daha çoxunu verərəm
ONBİR, Manchester City və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğannın müsahibəsini sizlərə təqdim edir.
“BAYERN MUNİCH İLƏ DANIŞIQLAR APARDIM”
Premier League klubuna transferi haqqında danışan İlkay, “Bura 2016-cı ildə gəldim. O zaman Bayern Munich ilə danışıqlar olmuşdu. Ancaq fərqli səbəblərə görə bu transfer reallaşmadı. Manchester City`də çox xoşbəxtəm. Hal-hazırda daha yaxşı oynayacağım başqa bir klub və ya baş məşqçi olduğunu düşünmürəm” – dedi.
Almaniya milli komandasında vəziyyətini dəyərləndirən 28 yaşlı futbolçu, “Haqq etdiyim dəyəri görmədiyimi düşünürəm. Ancaq zədələr səbəbiylə çox matç qaçırdığım üçün bunu başa düşürəm. İnsanlar turnirləri izləyir və mən EURO2012 və son Dünya Çempionatında sadəcə 2 dəfə oynaya bildim” – deyə əlavə edib.
“DAHA ÇOX KÖMƏK EDƏBİLƏCƏK SƏVİYYƏDƏYƏM”
Türk əsilli futbolçu müsahibəsini, “Komandada sadəcə 2 yarımmüdafiəçi üçün yer var. Müdafiə üçün Kimmich, hücüm üçün isə Kroos çıxış edir. Ancaq komandaya daha çox kömək edəbiləcəyimi düşünürəm” – deyərək tamamladı.