Derbi sonrası maraqlı statistikalar
Türkiyə Süper Liqasında 0-0 bitən Galatasaray – Fenerbahçe matçı sonrası önə çıxan maraqlı statistikaları sizin üçün topladıq:
6 həftə sonunda 9 xal toplayan Galatasaray, ilk 6 tur nəzərə alındıqda, son 30 ilin ən pis başlanğıcına imza atıb.
Son 2 mövsümün çempionu Galatasaray artıq 5 ildir ki, Fenerbahçe`ni məğlub edəbilmir.
Süper Liqada isə tarixi rəqibini ən son 2014-cü ildə Arenada məğlub edən Galatasaray, sonraki 10 qarşılaşmada qələbə üzü görməyib. 7 bərabərlik, 3 məğlubiyyət.
Son 10 qarşılaşmada, Fenerbahçe 8 qol, Galatasaray isə 4 qol vura bilib. 4 qolun 2-i isə, son 3 oyunda qeydə alınıb.
Galatasaray evində oynadığı son 39 liqa oyununda isə məğlub olmayıb. Arenada ən son məğlub olduğu oyun isə 2017-ci ildə, Kasımpaşa`ya qarşı idi. Bu 39 oyunun 32-də qələbə qazanan ”Sarı-qırmızılılar”, qalan 7 oyunda isə bərabərə qalıb.