Şamaxıda Nəsiminin qardaşı Şahxəndanın məzarı ziyarət olunub
Sentyabrın 29-da İkinci Nəsimi festivalı çərçivəsində Şamaxıda təşkil olunan silsilə tədbirlərin davamı olaraq qonaqların bir qrupu, habelə nəsimisevərlər şəhərin yaxınlığında yerləşən qəbirstanlığa gələrək İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarını ziyarət ediblər