Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında baş verən yanğın söndürülüb
Şamaxı rayonunun Meysəri kəndi ərazisində dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində 6 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub