Futbol üzrə İtaliya A Seriyasında yeni mövsümə start verilib
Avqustun 24-də futbol üzrə İtaliya A Seriyasında 2019-2020-ci il mövsümünə “Parma” - “Yuventus” oyunu ilə start verilib. AZƏRTAC xəbər verir ki, “Ennio Tardini” stadionunda keçirilən qarşılaşma son çempion “Yuventus”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə topu rəqib qapısından 21-ci dəqiqədə Corco Kyellini keçirib