Yeniyetmə sərbəst güləşçilər arasında açıq kubok yarışı keçiriləcək
Avqustun 10-11-də Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə açıq kubok yarışı keçiriləcək.AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində ölkənin bütün bölgələrindən olan 30-dan çox komandanın 250-dək yeniyetmə güləşçisi mübarizə aparacaq