“Sumqayıt” müdafiəçi Adil Nağıyevlə müqaviləyə xitam verib
“Sumqayıt” futbol klubu Adil Nağıyevlə yollarını ayırıb.
Klubdan AZƏRTAC–a bildiriblər ki, müdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Adil Nağıyev bu ilin yanvarında “Zirə”dən “Sumqayıt”a keçmişdi.