Dağıstanda “Dağlılar” Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti bayramı keçiriləcək
İyunun 28-dən iyulun 5-dək Rusiya Federasiyasının Dağıstan Respublikasında “Dağlılar” IX Beynəlxalq Folklor və Ənənəvi Mədəniyyət Festivalı keçiriləcək. 2004-cü ildən keçirilən festival xalq sənəti sahəsində başlıca yaradıcılıq meydançasına çevrilib, UNESCO-nun beynəlxalq folklor layihələri təqviminə daxil edilib