Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfərə gəlib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Ciddənin Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Türkiyənin dövlət başçısını Məkkə valisi, şahzadə Xalid Al-Faysal qarşılayıb. Bu, 2017-ci ildən bəri Rəcəb Tayyib Ərdoğanın