Əfqanıstanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb
Əfqanıstanın İrandakı səfiri Əbdülqafur Livali İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona xəbərdarlıq olunub. AZƏRTAC İran XİN-nə istinadən xəbər verir ki, son günlər İrana qeyri-qanuni yollarla daxil olan əfqanıstanlının ölümü Əfqanıstanın bəzi siyasi dairələrinin etirazına səbəb olub