Abşeronun 27 qəsəbəsində su təchizatı ilə bağlı layihələr həyata keçirilib
Abşeron rayonunda su təchizatı ilə bağlı böyük işlər görülüb, 27 qəsəbədə layihələr həyata keçirilib, 172 kilometr su xətti çəkilib. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransında bildirib.