Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyən olub
Çin-ABŞ ticarət danışıqlarının 13-cü mərhələsi oktyabrın 10-11-də Vaşinqtonda keçiriləcək. AZƏRTAC Çin rəsmi mənbələrinə istinadla xəbər verir ki, danışıqlarda iştirak etmək üçün Çin Dövlət Şurası sədrinin (Baş Nazirin) müavini Liu Xının rəhbərliyi ilə nümayəndə heyəti ABŞ tərəfinin dəvəti ilə Vaşinqtona səfər edəcək