Naxçıvan Sazişinin 10 illiyi Beynəlxalq Türk Akademiyasında qeyd edilib
Nur-Sultanda, Beynəlxalq Türk Akademiyasında Naxçıvan Sazişinin 10 illik yubileyi münasibətilə toplantı keçirilib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi toplantıda türkdilli dövlətlərin bu ölkədəki səfirləri, dövlət və hökumət rəsmiləri, Türk Şurası Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər