“Tank” ləqəbli kikboksçumuz növbəti döyüşünü qələbə ilə başa vurub
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə üçrəngli bayrağımızı növbəti dəfə başı üzərinə qaldırıb.