ABŞ İran üzrə xüsusi nümayəndə təyin edir
ABŞ dövlət katibi Mike Pompeo İran üzrə yeni xüsusi nümayəndənin təyin olunduğunu bəyan edib. Onun sözlərinə görə xüsusi nümayəndə ABŞ-ın İrana münasibətdə siyasətini koordinasiya edəcək. ABŞ 2015-ci ilin nüvə sazişindən çıxdıqdan sonra Vaşinqton Tehran üzərinə təzyiqlərini artırıb. Avqustun 16-da keçirdiyi brifinqdə Pompeo deyib ki, hazırda Dövlət Departamentinin siyasət planlaşdırması idarəsinin direktoru vəzifəsini tutan Brian Hook yeni yaradılan İran Hərəkət Qrupuna (Iran Action Group - IAG) rəhbərlik edəcək. Читать дальше...