NATO baş katibi Makedoniyanı ‘ad mübahisəsini’ tezliklə həll etməyə çağırıb
NATO-nun baş katibi Jens Stoltenberg Makedoniyanı ölkənin adına görə qonşu Yunanıstanla olan 27 illik mübahisəsini tezliklə çözməyə çağırıb və bildirib ki, Skopye alyansın üzvü olmaq istəyirsə, islahatları çevik bir şəkildə həyata keçirməlidir. Yanvarın 18-də Makedoniya parlamentində çıxış edən Stoltenberg deyib ki, o bu ölkənin NATO blokuna üzv olmaq istəyini “güclü şəkildə alqışlayır”. Baş katib deyib: “Əlbəttə ambisiyalı olmaq çox yaxşıdır, lakin realist olmaq da mühümdür. İrəlidə hələ görüləcək çox işlər var”. Читать дальше...