Elnur Abdullayev “Sumqayıt” ilə müqavilə imzalayıb
“Sumqayıt” futbol klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib. AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda son olaraq “Keşlə”də çıxış etmiş Elnur Abdullayevi heyətinə qatıb. Otuz bir yaşlı futbolçu “Sumqayıt” ilə 1,5 illik müqavilə imzalayıb