“Araz” klubu futzal üzrə Azərbaycan çempionatının qalibi olub
Mayın 17-də Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, həlledici matçda “Araz” və “Xəzər Cənub” komandaları qarşılaşıblar. Oyunda 4:1 hesablı qələbə qazanan “Araz” ölkə çempionu olub. “Xəzər Cənub” isə çempionatın gümüş medallarına yiyələnib