Azərbaycan gimnastı halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıb
Aprelin 26-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku turniri başlayıb.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə fərdi və qrup hərəkətləri proqramı üzrə çoxnövçülük yarışları keçirilib. Fərdi gimnastlar halqa və topla, komandalar isə beş topla hərəkətlərdə çıxış ediblər