Yeni subartezian quyuları vasitəsilə Ağcabədidə 480 hektar əkin sahəsi suvarılacaq
Ağcabədi rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon subartezian quyularının istismarı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, idarənin balansında 965 ədəd subartezian quyusu, 10 ədəd artezian