Elmar Məmmədyarov həmsədrlər və Ermənistanın xarici işlər naziri ilə görüşür - Yenilənir
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi Twitter hesabından yayılan məlumatda deyilir ki, “ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Milanda Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqlar aparır. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir”.
Bu da xəbər verilir ki, Məmmədyarov dekabrın 5-də İtaliyanın Milan şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri - Igor Popov,Stephane Visconti və Andrew Schofer-in vasitəçiliyi ilə Ermənistan xarici işlər nazirinin əvəzi Zohrab Mnasakanyanla görüşməli idi. Bu görüş artıq başlanıb.