Sumqayıt teatrından yeni layihə
Sumqayıt, 5 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin ilk ayında yeni layihəyə start verəcək. Gələn il Sumqayıt şəhərinin yaranmasının 70 illik yubileyi qeyd ediləcək. Dram teatrının yeni layihəsi də doğma şəhərin yubileyinə həsr olunur. “Sevgilim Sumqayıt” adlanan yeni layihə Sumqayıtın dünəni