Arizonadan Senatdakı yeri demokrat qazanıb
Arizonada səslərin sayılması başa çatıb. Televiziyalar Nümayəndələr Palatasının üzvü Kyrsten Sinema-nın qalib gəldiyini bildirir. Onun rəqibi, palata üzvü Martha McSally məğlubiyyətini etiraf edib.
Tarixən respublikaçılara meyllənmiş bu ştatda Sinemanın qələbəsi respublikaçıların konqresin yuxarı palatasında əldə etdiyi çoxluğa təsir göstərmir.
Amma Senatda daha iki yerin sahibi hələ də bilinmir. Floridadan demokrat senator Bill Nelson və respublikaçı qubernator Rick Scott arasında rəqabət dalana dirənib, bülletenlər yenidən sayılır.
Missisipidə isə noyabrın 27-də seçkinin ikinci turu keçiriləcək. Respublikaçı senator Cindy Hyde Smith daha çox respublikaçılara meyllənən bu ştatda favorit sayılır.
Arizonada Sinema səslərin 49,68, McSally isə 47,96 faizini yığıb.