Güləşçimiz Cəbrayıl Həsənov: Dünya çempionatına çox yaxşı formada gəlmişdim
Dünya çempionatına çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım. Təəssüf ki, alınmadı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında gümüş medal qazanan sərbəst güləşçimiz Cəbrayıl Həsənov (79 kq) deyib