Добавить новость
World News in Azerbaijani





160*600

Новости сегодня на DirectAdvert

Новости сегодня от Adwile

Актуальные новости сегодня от ValueImpression.com


Опубликовать свою новость бесплатно - сейчас


Beynəxalq ekspert: 'Pashinian-ın iddiası danışıqlar formatına ziddir'

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də, ATƏT-in baş katibi Tomas Qremingeri ilə görüşündə deyib ki, Ermənistanın yeni baş naziri danışıqları pozmaq istəyir.


İlham Əliyev əlavə edib ki, Pashinian-ın, baş nazir seçiləndən sonra verdiyi bəyanatlar ən azı təəccüb doğurur, onun, “Azərbaycan qondarma “Dağlıq Qarabağ rejimi” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir.


Pashinian sentyabrın 12-də, ölkə parlamentində etdiyi çıxışında yenə də deyib ki, o, “Dağlıq Qarabağın adından danışıqlar aparmağa müvəkkil deyil, Dağlıq Qarabağ özü danışığa qoşulmalıdır...”


O vurğulayıb ki, “özünü Qarabağın adından danışıqlar aparmaq üçün səlahiyyətli hesab etmir, çünki oranın nə prezidenti, nə də baş naziri deyil”.


Pashinian xatırladıb ki, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsində Qarabağ-ın özünün də iştirak etməli olduğunu ATƏT-in Minsk Qrupu həmsədrləri də mühüm sayırlar.







Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev isə deyir ki, Pashinian-ın iddiası danışıqların mövcud formatına ziddir.


Təhlilçi bildirir ki, 1992-ci ilin mayında ATƏM-in Helsinkidə keçirilən Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında Qarabağ danışıqlarının təşkili və keçirilməsi “Beyker Qaydaları” adlanan şərtlərlə müəyyənləşib.


Bu şərtlərə görə, münaqişənin əsas və maraqlı tərəfləri var, münaqişənin əsas tərəfləri Ermənistan və Azərbaycan, maraqlı tərəfləri isə Dağlıq Qarabağdan seçilmiş və təyin olunmuş nümayəndələrdir. Nümayəndələr dedikdə isə Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları nəzərdə tutulur. 1998-ci ilə qədər həm Dağlıq Qarabağ erməniləri, həm də, azərbaycanlıları müəyyən çərçivədə bu danışıqlarda iştirak ediblər, amma yalnız maraqlı tərəf qismində:


“1998-ci ildə Robert Kocharian hakimiyyətə gələndən sonra, onun özü əvvəllər de-fakto Dağlıq Qarabağ ermənilərinin lideri olduğu üçün Dağlıq Qarabağ erməniləri artıq heç bir formada bu danışıqların tərkib hissəsi olmayıblar. Reallıq bundan ibarətdir və mən inanmıram ki, Minsk Qrupunun hansısa sənədində və ya mövqeyində Ermənistan baş nazirinin iddiasına uyğun gələn müddəa var”.


Zaur Şiriyev deyir ki, Azərbaycan rəsmi olaraq Dağlıq Qarabağ ermənilərinin sülh prosesində mümkün rolunu inkar etmir ancaq bunun yalnız sülh müqaviləsi imzalanandan sonra mümkün olacağını bildirir. Beləki, onlar Dağlıq Qarabağdan olan azərbaycanlılarla birgə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi üzrə danışıqlarda iştirak edə bilərlər.


Pashinian baş nazir kimi vəzifəyə keçən kimi bu ritorikaya başlayıb. Onun arqumenti belədir ki, keçmiş prezidentlər Robert Kocharian və Serzh Sarkisian ya Qarabağa rəhbərlik ediblər, ya da onun özünümüdafiəsinin təşkilində iştirak ediblər, ancaq indiki baş nazirin, sakinləri Ermənistan seçkilərində iştirak etməyən Qarabağ adından danışıqlar aparmaq hüququ yoxdur. Bəs Pashinian bu bəyanatı niyə indi səsləndirir və belə ritorika nə ilə nəticələnə bilər?


Qarabağ münaqişəsinin həlli Rusiyanın mövqeyinə ziddir


Nikol Pashinian separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf kimi iştirak etməsini istəyir, İlham Əliyev deyir ki, bu, danışıqları pozmaq cəhdidir.


Politoloq Zərdüşt Əlizadənin fikrincə, Dağlıq Qarabağ rejiminin danışıqlara qoşulması barədə bəyanat o deməkdir ki, Azərbaycan bu danışıqda iştirak etməyəcək, bu isə öz növbəsində o deməkdir ki, münaqişə dondurulmuş qalacaq. Onun sözlərinə görə, münaqişənin dinc həlli Rusiyanın mənafeyinə zidd olan amildir. Pashinian bu bəyanatı ilə Rusiyanı inandırmaq istəyir ki, o Rusiyanın tərəfindədir”.


İlham Əliyevlə Nikol Pashinian hələlik rəsmi görüşüb heç bir müzakirə aparmayıblar. Onlar yalnız bu ilin iyununda qısa tanışlıq xarakterli görüş keçiriblər.


Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Tiqran Balayan, sentyabrın 12-də bildirib ki, hələlik Əliyev və Pashinian-ın görüşləri gözlənilmir.


Bəs görəsən Bakı sakinləri mümkün Əliyev-Pashinian görüşündən nə gözləyirlər. AzadlıqRadiosu videosorğu keçirib:







Hələlik Azərbaycan və Ermənistanın dövlət rəhbərlərinin görüşü planlaşdırılmasa da, iki ölkənin xarici işlər nazirləri səviyyəsində təmaslar davam edir. Xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın sonunda, Nyu Yorkda, BMT Baş Assambleyası çərçivəsində gözlənilir. Amma ümumiyyətlə tərəflər arasında 2016-ci il aprel döyüşlərindən sonra danışıqlar prosesi əhəmiyyətli dərəcədə zəifləyib.

Читайте на сайте

Другие проекты от 123ru.net








































Другие популярные новости дня сегодня


123ru.net — быстрее, чем Я..., самые свежие и актуальные новости Вашего города — каждый день, каждый час с ежеминутным обновлением! Мгновенная публикация на языке оригинала, без модерации и без купюр в разделе Пользователи сайта 123ru.net.

Как добавить свои новости в наши трансляции? Очень просто. Достаточно отправить заявку на наш электронный адрес mail@29ru.net с указанием адреса Вашей ленты новостей в формате RSS или подать заявку на включение Вашего сайта в наш каталог через форму. После модерации заявки в течении 24 часов Ваша лента новостей начнёт транслироваться в разделе Вашего города. Все новости в нашей ленте новостей отсортированы поминутно по времени публикации, которое указано напротив каждой новости справа также как и прямая ссылка на источник информации. Если у Вас есть интересные фото Вашего города или других населённых пунктов Вашего региона мы также готовы опубликовать их в разделе Вашего города в нашем каталоге региональных сайтов, который на сегодняшний день является самым большим региональным ресурсом, охватывающим все города не только России и Украины, но ещё и Белоруссии и Абхазии. Прислать фото можно здесь. Оперативно разместить свою новость в Вашем городе можно самостоятельно через форму.



Новости 24/7 Все города России




Загрузка...


Топ 10 новостей последнего часа






Персональные новости

123ru.net — ежедневник главных новостей Вашего города и Вашего региона. 123ru.net - новости в деталях, свежий, незамыленный образ событий дня, аналитика минувших событий, прогнозы на будущее и непредвзятый взгляд на настоящее, как всегда, оперативно, честно, без купюр и цензуры каждый час, семь дней в неделю, 24 часа в сутки. Ещё больше местных городских новостей Вашего города — на порталах News-Life.pro и News24.pro. Полная лента региональных новостей на этот час — здесь. Самые свежие и популярные публикации событий в России и в мире сегодня - в ТОП-100 и на сайте Russia24.pro. С 2017 года проект 123ru.net стал мультиязычным и расширил свою аудиторию в мировом пространстве. Теперь нас читает не только русскоязычная аудитория и жители бывшего СССР, но и весь современный мир. 123ru.net - мир новостей без границ и цензуры в режиме реального времени. Каждую минуту - 123 самые горячие новости из городов и регионов. С нами Вы никогда не пропустите главное. А самым главным во все века остаётся "время" - наше и Ваше (у каждого - оно своё). Время - бесценно! Берегите и цените время. Здесь и сейчас — знакомства на 123ru.net. . Разместить свою новость локально в любом городе (и даже, на любом языке мира) можно ежесекундно (совершенно бесплатно) с мгновенной публикацией (без цензуры и модерации) самостоятельно - здесь.



Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net