İtaliya A Seriyası: Patrik Kutronenin sonuncu dəqiqədə vurduğu qol “Milan”a qələbə qazandırıb
Avqustun 31-də İtaliya A Seriyasının üçüncü turuna “Milan” – “Roma” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “San Siro" stadionunda keçirilən qarşılaşmada hesabı meydan sahibləri açıblar. Rikardo Rodriqezin cinah ötürməsini Frank Kessi dəqiq zərbə ilə tamamlayıb