Luka Modric ilin futbolçusu oldu
32 yaşlı Modric Real Madrid klubuna üç mövsüm ərzində Çempionlar Liqasının qalibi olmaqda kömək edib və bundan sonra Dünya Kuboku yarışında Xorvatiya millisinin kapitanı olub.
Bu səsvermə zamanı Modric-in ötən mövsümdə Real Madrid klubundakı oyundaşı Cristiano Ronaldo (hazırda Liverpul klubundadır) ikinci, Misir komansdasının hücumçusu Mohamed Salah üçüncü olub.
Səvermənin nəticələrinə görə dördüncü yeri Dünya Kubokunun sahibi Fransa yığmasından Antoine Griezmann, 5-ci yeri Barselona klubundan Lionel Messi tutublar.
Modric bu titul 2011-ci ildə təsis ediləndən bəri Ronaldo və Messidən başqa onu qazanmış yalnız üçüncü futbolçudur.