Türkiyə parlamentinin spikeri Binali Yıldırım Azərbaycana gəlib
AZƏRTAC-ın xəbərinə görə, Binali Yıldırımı Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
Binali Yıldırımın ölkə rəsmiləri ilə görüşü gözlənir.
Bu, Binali Yıldırımın TBMM sədri kimi Azərbaycana ilk səfəridir.
Bundan əvvəl Türkiyədə baş nazir vəzifəsində çalışan Binali Yıldırım bu il iyulun 12-də parlamentin sədri seçilib.