İran ‘yerli’ qırıcı təyyarəni təqdim edir
İran “100 faiz” yerli istehsal olduğunu dediyi qırıcı təyyarəni təqdim edib.
Avqustun 21-də dövlət televiziyası prezident Hassan Rohani-nin Milli Müdafiə Sənayesi sərgisində yeni Kowsar təyyarəsinin kabinəsində görüntüsünü yayıb.
Tasnim xəbər agentliyi dördüncü nəsil qırıcının “100 faiz yerli istehsal” olduğunu xəbərləyib.
Dövlət televiziyası təyyarənin artıq uğurla sınaqdan çıxdığını vurğulayıb.
Bu təyyarə barədə ilk açıqlamanı avqustun 18-də müdafiə naziri Amir Hatami verib, ancaq layihənin detallarından danışmayıb.
Birləşmiş Ştatlar Tehrandan müdafiə proqramlarını məhdudlaşdırmağı tələb edir. Prezident Donald Trump mayda İranla nüvə sazişindən çıxandan bəri ona sanksiyaları da bərpa edir.
Trump nüvə sazişini “ən pis sənəd” adlandırıb.