Nəzrin Rəşidova Litvada keçiriləcək festival-konfransda çıxış edəcək
Sentyabrın 4-dən 6-dək Vilnüsdə, Litva Musiqi və Teatr Akademiyasında musiqi perfomansı və incəsənət sahəsində tədqiqatlara dair üçüncü festival-konfrans keçiriləcək.
AZƏRTAC festival-konfransın saytına istinadla xəbər verir ki, tədbir çərçivəsində sentyabrın 6-da azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın mühazirə-konserti olacaq