Kabildə partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb
Əfqanıstan paytaxtının qərbində yerləşən təhsil müəssisəsində baş verən partlayış nəticəsində həlak olanların sayı 48 nəfərə çatıb, daha 67 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, “Tolo News” telekanalı bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb