Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə ustad dərsləri keçiriləcək
Avqustun 19-da Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə növbəti pulsuz ustad dərsləri keçiriləcək. İştirakçılar burada keçirilən açıq məşğələlər zamanı öyrəndikləri bütün elementləri bir yerə toplayaraq yerinə yetirəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər