Türkiyədə daha bir təhlükəli terrorçu məhv edilib
Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində Vehbi Taş adlı daha bir PKK terrorçusu məhv edilib.
AZƏRTAC xəbər verir ki, "Serkeft Şiyar" ləqəbi ilə fəaliyyət göstərən bu təhlükəli terrorçu avqustun 7-də Şırnakda keçirilən antiterror əməliyyatında zərərsizləşdirilib