Добавить новость
World News in Azerbaijani





160*600

Новости сегодня на DirectAdvert

Новости сегодня от Adwile

Актуальные новости сегодня от ValueImpression.com


Опубликовать свою новость бесплатно - сейчас


Gömrük dəyişməsə, inhisar da, bahalıq da qalacaq

Dövlət Gömrük Komitəsinə yeni rəis təyin olunandan sonra bu qurumun işində nə dəyişib?


Yeni rəis Səfər Mehdiyev bu ilin aprelində, prezident seçkisindən sonra təyin olunub.


Təzə rəis köhnədir


Əslində, 45 yaşlı Səfər Mehdiyev bu sistemdə yeni deyil, karyera pillələlərinə baxanda məlum olur ki, o, 19 ildir bu Komitədə çalışır. Sədr vəzifəsinə təyin olunana qədər, son 12 ildə, Gömrük Komitəsi sədrinin 1-ci müavini kimi çalışıb.


İşadamı, keçmiş deputat Nazim Bəydəmirli elə bu məqamın üzərində dayanır, deyir ki, Gömrük Komitəsi necə fəaliyyət göstərirdisə, elə də qalır, çünki Səfər Mehdiyev Komitədə həmişə əsas söz sahibi olub:


“Gömrük Komitəsi ilə heç olmasa bir dəfə qarşılaşmış hər kəs bilirdi ki, Gömrük Komitəsini idarə edən Səfər Mehdiyev idi. Baxmayaraq ki, Komitəsinin sədri Aydın Əliyev idi. Bütün neqativ hallar, monopoliya, brokerlərin idarə olunması, Səfər Mehdiyevin adı ilə bağlı idi. Hesab edirəm ki, Dövlət Gömrük Komitəsi ləğv olunmayana qədər və onun strukturları Vergilər Nazirliyinə və digər qurumlara birləşdirilməyənə qədər bu problemlər xroniki olaraq Azərbaycanda qalacaq”.







Təhlilçilər deyirlər ki, idxalda monopoliya aradan qaldırılsaydı, Azərbaycan bazarlarında indikindən xeyli ucuzluq olardı. Gömrük Komitəsinin rəsmiləri isə indiyə qədərki müsahibələrində belə monopoliyanın olması iddiasını rədd ediblər.


Gömrükdən şikayət edən yalnız işadamları deyil.


İctimai fəal Murad Məmmədov deyir ki, keçən ilin dekabrında şəxsi istifadəsi üçün gömrükdən qida əlavəsi keçirməyə cəhd edib, amma onun malını 15 günə qədər gömrükdə saxlayıblar. Murad Məmmədov deyir ki, o, etiraz edib, prezidentə şikayət edəcəyini bildirib, yalnız bundan sonra mallarını gömrükdən buraxıblar:


“Bunu əvvəl də edə bilərdilər. Sadəcə bu sahə monopoliyadadır, bu dərman kimə lazımdırsa, gedib filan aptekdən almalıdır. Özüm gətirsəm, mənə problem yaradacaqlar”.


Qapalı qurum


Gömrük Komitəsi mətbuata qapalı qurum kimi tanınır. Bu qurum vaxtaşırı mətbuat konfransları keçirsə də, digər vaxtlarda ortaya çıxan suallar üçün qapalıdır.


Qurumun internet saytındakı telefon nömrələrinə gün ərzində zəng etsək də, dəstəyi qaldıran olmadı. İnformasiya sorğumuza da gün ərzində cavab ala bilmədik.


 


Rəsmi rəqəmlər deyir ki, gömrük daxilolmaları getdikcə artır.


Komitənin məlumatında deyilir ki, 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə təqribən bir milyard manat köçürüblər, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.


Səfər Mehdiyevin özü isə mayın 2-də, mətbuat konfransında deyib ki, gömrükdə islahatlar aparılacaq:


“Bugünkü nəticələrə görə, nəzərdə tutulan plan proqnoz 136 faiz icra olunub, 750 milyon proqnoza qarşı, 1 milyard 121 milyon manat proqnoz icra olunub və Dövlət büdcəsinə 270 milyon manat əlavə pul köçürülüb. Hesab edirəm ki, bu tendensiya, bu islahatlar bundan sonra da davam etdiriləcək”.


Amma işadamı Nazim Bəydəmirli deyir ki, gömrük daxilolmalarının artması bir neçə ildir ki, davam edir və onun sözlərinə görə, daxilolmaların artmasının səbəblərindən biri budur ki, monopoliyaya aid olmayan idxalçıların faktura sənədləri qaydasında olsa da, gömrükdə, əksəriyyətinə guya "bazar qiyməti" tətbiq edilir, adətən bu "bazar qiyməti" yüksək götürülür və nəticə etibarılə həmin məbləğdən ödənilməli olan gömrük rüsumu və ƏDV də təbii ki, artır”.


Monopoliyaların keşiyində


Nazim Bəydəmirli deyir ki, monopolist və ya məmur sahibkarlığına aid olan şirkətlərin gömrük orqanlarına təqdim etdikləri fakturalar isə heç vaxt "bazar qiymətinə” uyğunlaşdırılmır və onlar müqayisə olunmayacaq dərəcədə az rüsum və ƏDV ödəmiş olurlar. Nazim Bəydəmirli deyir ki, bu monopoliyanın, necə deyərlər, daha kreativ formasıdır. Başqa sözlə monopoliyadan kənar sahibkar haqlı olduğunu heç cür sübut edə bilmir, kommersiya sirridir deyə başqa şirkətin eyni malı gömrükdən neçəyə keçirdiyini öyrənə bilmir”.


AzadlıqRadiosu Bakı sakinləri arasında sorğu aparıb. Onlar Azərbaycandakı gömrük xidməti haqqında nə düşünürlər:


 


İşadamı Nazim Bəydəmirli isə deyir ki, Gömrük Komitəsi departament kimi Vergilər Nazirliyinin tabeliyinə verilməlidir, bütün vergiləri, rüsumları nazirlik toplamalı, gömrük orqanları isə yalnız proseduru həyata keçirməlidir. Onun sözlərinə görə, Gürcüstan bu sistemə yaxşı nümunə ola bilər. Bu ölkəyə məhsul gətirən sahiblar gömrük orqanlarına getmədən belə, email vasitəsilə işlərini həyata keçirə bilər”.


Beynəlxalq reytinqlərdə Azərbaycan korrupsiyaya ən çox bulaşmış ölkələr arasında yer alır. Məsələn, Beynəlxalq Şəffaflıq Təşkilatının məlumatına görə, 2017-ci ildə Azərbaycan korrupsiyanı qavrama reytinqinə görə 180 ölkə arasında 122-ci olub. Gürcüstan həmin siyahıda 46-cı yerdədir.Gömrük dəyişməsə


Загрузка...

Читайте на сайте

Другие проекты от 123ru.net








































Другие популярные новости дня сегодня


123ru.net — быстрее, чем Я..., самые свежие и актуальные новости Вашего города — каждый день, каждый час с ежеминутным обновлением! Мгновенная публикация на языке оригинала, без модерации и без купюр в разделе Пользователи сайта 123ru.net.

Как добавить свои новости в наши трансляции? Очень просто. Достаточно отправить заявку на наш электронный адрес mail@29ru.net с указанием адреса Вашей ленты новостей в формате RSS или подать заявку на включение Вашего сайта в наш каталог через форму. После модерации заявки в течении 24 часов Ваша лента новостей начнёт транслироваться в разделе Вашего города. Все новости в нашей ленте новостей отсортированы поминутно по времени публикации, которое указано напротив каждой новости справа также как и прямая ссылка на источник информации. Если у Вас есть интересные фото Вашего города или других населённых пунктов Вашего региона мы также готовы опубликовать их в разделе Вашего города в нашем каталоге региональных сайтов, который на сегодняшний день является самым большим региональным ресурсом, охватывающим все города не только России и Украины, но ещё и Белоруссии и Абхазии. Прислать фото можно здесь. Оперативно разместить свою новость в Вашем городе можно самостоятельно через форму.



Новости 24/7 Все города России




Загрузка...


Топ 10 новостей последнего часа






Персональные новости

123ru.net — ежедневник главных новостей Вашего города и Вашего региона. 123ru.net - новости в деталях, свежий, незамыленный образ событий дня, аналитика минувших событий, прогнозы на будущее и непредвзятый взгляд на настоящее, как всегда, оперативно, честно, без купюр и цензуры каждый час, семь дней в неделю, 24 часа в сутки. Ещё больше местных городских новостей Вашего города — на порталах News-Life.pro и News24.pro. Полная лента региональных новостей на этот час — здесь. Самые свежие и популярные публикации событий в России и в мире сегодня - в ТОП-100 и на сайте Russia24.pro. С 2017 года проект 123ru.net стал мультиязычным и расширил свою аудиторию в мировом пространстве. Теперь нас читает не только русскоязычная аудитория и жители бывшего СССР, но и весь современный мир. 123ru.net - мир новостей без границ и цензуры в режиме реального времени. Каждую минуту - 123 самые горячие новости из городов и регионов. С нами Вы никогда не пропустите главное. А самым главным во все века остаётся "время" - наше и Ваше (у каждого - оно своё). Время - бесценно! Берегите и цените время. Здесь и сейчас — знакомства на 123ru.net. . Разместить свою новость локально в любом городе (и даже, на любом языке мира) можно ежесекундно (совершенно бесплатно) с мгновенной публикацией (без цензуры и модерации) самостоятельно - здесь.



Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net