Türkiyə silahlı qüvvələri son bir həftə ərzində 54 terrorçunu zərərsizləşdirib
Türkiyə silahlı qüvvələri ölkə ərazisində və İraqın şimalında antiterror əməliyyatlarını davam etdirir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, son bir həftə ərzində aparılan əməliyyatlar zamanı 54 terrorçu zərərsizləşdirilib.