ABŞ Rusiyanın ‘Ukrayna referendumu təklifini’ nəzərdən keçirmir
Məlum olduğu kimi Ukraynanın şərqində Moskva tərəfindən dəstəklənən separatçılar Kiyev hökumətinə qarşı döyüşürlər.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Garrett Marquis iyulun 20-də deyib ki, “belə bir referendumun legitimliyi olmazdı”.
İyulun 20-də habelə Rusiyanın ABŞ-dakı səfiri Anatoly Antonov deyib ki, Trump və Putin Ukraynanın şərqindəki münaqişəyə dair konkret təklifləri müzakirə ediblər.
Antonov deyib: “Bu məsələ müzakirə olunub”.
Trump da bundan əvvəl Twitter-də yazmışdı ki, o və Putin Helsinkidə Ukrayna münaqişəsini müzakirə ediblər. Lakin o Ukrayna müzakirələri ilə bağlı heç bir təfərrüatları açıqlamayıb.
Moskva Ukraynanın şərqindəki separatçıları dəstəklədiyini inkar etsə də, Beynəlxalq Cinayətlər Məhkəməsi 2016-cı ilin noyabrında çıxardığı hökmdə bu münaqişənin Ukrayna və Rusiya Federasiyası arasında getdiyini təsdiqləyib.
Bloomberg Trump-Putin danışıqları ilə yaxın mənbəyə istinadən yazır ki, Putin diplomatlara Trump-la referendum məsələsini müzakirə etdiyini deyib. Lakin o bildirib ki, bu barədə düşünməsi üçün Trump-a vaxt vermək üçün açıq bəyanat vermir.