Fransa Rusiyadakı ticarət missiyasını bağlayır
Bəyanatda deyilir ki, Rusiyadakı Fransa ticarət missiyasının əməliyyat şəraiti son aylarda xüsusilə ağırlaşıb.
Qeyd olunur ki, Vyana Konvensiyasının şərtlərinə zidd olaraq Rusiya hakimiyyət orqanları missiyanın bank hesabına həbs qoyub.
Fransa səfirliyi habelə ticarət missiyası direktorunun Rusiya hökuməti tərəfindən ölkədən qovulduğunu xatırladıb.
Business France missiyasının direktoru başqa dörd fransız diplomatla birlikdə mart ayında persona non grata elan edilmişdi.
Bu, Rusiya hökumətinin Qərb ölkələrinin rusiyalı diplomatları qovmasına cavab addımı kimi atılmışdı. Qərb ölkələri Rusiya diplomatlarını rusiyalı casus Skripalın qızı ilə birlikdə zəhərlənməsinə reaksiya olaraq qovmuşdular.
AzadlıqRadiosu bildirir ki, Fransanın öz ticarət missiyasını bağlamaq qərarı Moskva ilə aparılmış uzun müzakirələrdən sonra qəbul edilib.