Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
Oktyabrın 23-24-də Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, oktyabrın 23-də səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Xalq Artisti Dinara Əliyeva (soprano) ifa edəcək