ABŞ Rusiyanın 12 kəşfiyyat zabitinə ittiham irəli sürür
Bu ittihamlar iyulun 13-də ABŞ baş prokurorunun müavini Rod Rosenstein tərəfindən bəyan edilib.
Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, bu ittihamların elan olunması ABŞ prezidetnti Donald Trump-ın Rusiya lideri Vladimir Putinlə təkbətək görüşünün ərəfəsinə təsadüf edir.
Onlar iyulun 16-da Helsinkidə görüşməlidirlər.
Rosenstein deyib ki, Rusiya hərbi kəşfiyyatının 12 zabitinə qarşı adbaad ittiham irəli sürülüb.
Kreml zaman-zaman Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları rədd edir. Trump-ın özü ABŞ kəşfiyyatının seçkiyə Rusiya müdaxiləsinə dair qiymətləndirilməsinə şübhə ifadə edib.
Rosenstein ittihamlar barədə bəyanatın vaxtına dair sualları cavablandırmayıb, lakin deyib ki, bu ittihamlar barədə prezident Trump-a məlumat verilib.