Sərbəst güləşçilərimiz Avropa çempionatının son günündə 2 gümüş və 1 bürünc medal qazanıblar
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayıblar