İngiltərə Premyer Liqası: “Çelsi” Londonda “Liverpul”a qalib gəlib
İngiltərə Premyer Liqasının 37-ci turunun mərkəzi görüşü Londonda keçirilib.
AZƏRTAC xəbər verir ki, “Çelsi” doğma meydanda “Liverpul” klubunu məğlub edib - 1:0. Oyunda yeganə qolu 32-ci dəqiqədə Olivye Giru vurub