PKK-ya məxsus daha bir sığınacaq ələ keçirilib
Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Hakkari bölgəsindəki Şemdinli rayonunda PKK terror təşkilatına məxsus böyük bir sığınacağı ələ keçiriblər.
AZƏRTAC xəbər verir ki, mağarada yerləşən uzunluğu 125, hündürlüyü 3, eni isə 1 metr olan sığınacaqda bomba hazırlamaq üçün avadanlıq, çox sayda geyim, qida məhsulu, kitab, qeyd dəftərləri və s. aşkarlanıb