Azərbaycan-Avropa Parlamenti əlaqələrinin inkişaf perspektivləri müzakirə olunacaq
Milli Məclisin deputatı Azər Kərimli martın 26-da Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputat Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələrin hazırkı durumu və gələcək inkişaf